QOHUMU MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Ötən həftənin şənbə günü (09 avqust) qohumu Sərvər Hüseynov 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist, "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu haqda RATİ-yə məlumat verən jurnalistin digər qohumu Cavid Hüseynovun sözlərinə görə,  müalicəsini davam etdirən M. Hüseynov cəzaçəkmə müəssisində məhbuslara ingilis dilini də öyrədir.
“Onun təşkil etdiyi ingilis dili kursuna gələnlərin sayı artır”, – deyə qeyd edən  C. Hüseynov jurnalistin saxlanma şəraitindən və ona olan münasibətdən də heç bir narazılığının olmadığını qeyd etdi.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.

Previous Post

GÜRCÜSTANA DƏSTƏK AKSİYASINDA JURNALİSTLƏRƏ QARŞI TƏZYİQ FAKTI QEYDƏ ALINMADI

Next Post

QIZINA MİRZƏ SAKİTLƏ GÖRÜŞMƏYƏ İCAZƏ VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.