POLİS “AZERCELL”-Ə GÖNDƏRDİYİ MƏKTUBUN NÖMRƏSİNİ AÇIQLAMIR

"Gündəlik Azərbaycan" qəzetinin əməkdaşı, hərbiçi-jurnalist Üzeyir Cəfərov ona gələn anonim zənglərlə bağlı dünən (04 fevral) polis bölməsində olub.

Bölmədən jurnalistə bildiriblər ki, "məktubumuza "Azercell"dən cavab gəlmədiyi üçün biz sizə kömək edə bilmirik. Mən göndərilən məktubun nömrəsini soruşduqda, nömrəni  bilmədiklərini dedilər". Məlumatı RATİ-yə Cəfərovun özü verib. Jurnalist onu da əlavə etdi ki, günün ikinci yarısı "Azercell"-lə əlaqə saxlayacaq və məsələni aydınlaşdıracaq.
Saat 17.00 radələrində RATİ-nin əməkdaşı yenidən Ü. Cəfərovla əlaqə saxladı. Cəfərov qeyd etdi ki, "bir müddət bundan əvvəl "Azercell"-ə zəng etdim və göndərilən sorğu ilə maraqlandım. Şirkətdə də  məndən məktubun nömrəsini soruşdular. Lakin məktubun nömrəsini bilmədiyim üçün heç bir cavab ala bilmədim".
Əməkdaşımız jurnalistdən məktubun nömrəsinin ona niyə deyilməməsinin  səbəbini soruşduqda  Cəfərov qeyd etdi ki, "mən özüm də bu barədə polis bölməsində olarkən dəftərxanadan soruşmuşam. Bu məktubda digər işlərin olmasını əsas gətirərək  nömrəni deyə bilməyəcəklərini vurğuladılar. Mən sabah (06  fevral) bununla əlaqədər olaraq, Binəqədi Rayon Baş Polis İdarəsinin rəisinə rəsmən müraciət edəcəyəm".

Previous Post

MİRZƏ SAKİT FEVRALIN İKİSİNDƏN ACLIQ EDİR

Next Post

“AZERCELL” SORĞUNU CAVABLANDIRMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.