Bu gün RATİ Mirzə Sakitin aclıq etməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi üçün Ədliyyə Naziri yanında İctimai Komitəyə müraciət və Penitensiar Xidmətin rəisi Nazim Ələkbərova informasiya sorğusu göndərib.
Müraciətdə Komitə üzvlərindən Mirzə Sakitə yaxın günlərdə baş çəkmələri, onun səhhəti ilə maraqlanmaları və məlumatı ictimaiyyətə çatdırmaları xahiş olunub.
İnformasiya sorğusu da Mirzə Sakitin aclığa yenidən başlaması, onun səhhəti, hansı tələblərin irəli sürülməsi ilə bağlıdır.
Axşam saatlarında Penitensiar Xidmətdən RATİ-yə bildiriblər ki, Mirzə Sakit aclığa başlaması ilə bağlı müəssisəsinin rəisi Ərşad Həsənova ərizə ilə müraciət edib.
Bunu əsas tutaraq, Ərşad Həsənovla əlaqə saxladıq. Həsənov bildirdi ki, “Mirzə Sakit fevralın 2-dən aclıq edir. Bu gün axşam, ya da sabah səhər aclığı dayandıracaq. O, aclığı ona görə dayandırır ki, biz razılaşmışıq və jurnalist müalicə müəssisəsinə köçürüləcək”.