MTRŞ SƏDRİ XARİCİ RADİOSTANSİYALARIN AÇILMAYACAĞINI BİLDİRİB

“Azərbaycanın efir məkanında xarici televiziya və radio yayımı ilə bağlı məsələ gündəlikdən çıxmalıdır”.

Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, Azərbaycan qanunvericiliyi milli tezlikdə hər hansı xarici radio və televiziya yayımına imkan vermir: “Ona görə də, bu məsələni bitmiş hesab edirəm” .
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarı ilə “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının yerli FM tezliyində yayımı qadağan edilib.
Previous Post

Türkiyə səfirliyinin qarşısında keçirilən piket

Next Post

“RESPUBLİKA” QƏZETİNİN NƏŞRİ BƏRPA EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.