MTRŞ TELERADİO YAYIMÇILARIN FƏALİYYƏTİNİ QƏNAƏTBƏXŞ HESAB EDİR

RATİ-nin Milli Televiziya və Radio Şurasına ünvanladığı informasiya sorğusuna cavab məktubu gəlib.

Məktubda bildirilir ki, Şura yerli və xarici teleradio yayımçıların  fəaliyyətini qənaətbəxş hesab edir. İnformasiya balansı ilə bağlı suala cavab olaraq isə bildirilib ki,  yerli və xarici  yayımçılar balansı orta səviyyədə saxlanılır. Lakin bəzən həm yerli, həm də xarici teleradio yayımçılar tərəfindən bu balans pozulur.
    
“Azadlıq və Azad Avropa ” radiolarının lisenziyasının uzadılması məsələsi ilə əlaqədar məktubda qeyd edilir ki, lisenziya müddəti başa çatanda “Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq bu radioya  lisenziya verilməsi məsələsinə yenidən baxılacaq.
    
Məlumat verdiyimiz kimi, “Azadlıq və Azad Avropa ” radiolarının prezidenti Ceff Gedmin İlham Əliyevlə görüşündən sonra bildirmişdi ki, radionun fəaliyyəti bir ay ərzində aparılan monitorinq nəticəsində hakimiyyət nümayəndələri tərəfindən qənaətbəxş qiymətləndirilməmişdi. MTRŞ bu monitorinqin onun tərəfindən aparılmadığını da məktubda qeyd edib.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN VƏKİLLƏRİNİN TƏKLİFİ HAKİM TƏRƏFİNDƏN QƏBUL OLUNMAYIB

Next Post

JURNALİSTİN İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.