QƏNİMƏT ZAHİDOVUN VƏKİLLƏRİNİN TƏKLİFİ HAKİM TƏRƏFİNDƏN QƏBUL OLUNMAYIB

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun həbsindən verilən şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib.


Hakim Zahidovun məhkəmə prosesində iştirak etməkdən imtina etdiyi üçün onun prosesə gətirilmədiyini elan etdi.
    
Baş redaktorun hüquqlarını qoruyan vəkil Elçin Sadıqov hakimdən məhkəmənin məhkəmə istintaq ilə aparılmasını xahiş etdi. Digər vəkil Osman Kazımov da öz növbəsində məhkəmənin obyektiv və birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin təmin edilməmiş vəsatətləri təmin etməklə aparılmasının zəruriliyi barədə danışıb.

Dövlət ittihamçısı Murad Nəsirov isə öz çıxışında məhkəmənin məhkəmə istintaqı ilə aparılmasına zərurət olmadığını bildirdi.
 
Bunlardan sonra müşavirə otağına yollanan hakim qayıtdıqdan sonra məhkəmənin məhkəmə istintaqı olmadan keçiriləcəyini vurğuladı. İşə baxış üçün məhkəmə prosesi may ayının 7-i saat 15. 00- a təyin olundu.

Qeyd edək ki, prosesdə ABŞ, Norveç və Almaniya səfirliklərinin nümayəndələri də iştirak edirdi.  (969)

Previous Post

ÜZEYİR CƏFƏROVUN MAŞINI YANDIRILIB

Next Post

MTRŞ TELERADİO YAYIMÇILARIN FƏALİYYƏTİNİ QƏNAƏTBƏXŞ HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.