MTRŞ “MTV AZƏRBAYCAN” KANALININ AÇILACAĞINDAN XƏBƏRSİZDİR

Azərbaycanda yeni musiqi telekanalının açılacağı ilə bağlı Xeberler.az saytı məlumat yayıb.  Məlumata görə, bu ilin sentyabrında dünyanın bir çox ölkələrində fəaliyyət göstərən MTV kanalının Azərbaycanda yayımı başlayacaq.

MTV telekanalının regional meneceri Mathev Goldstein sayta müsahibəsində telekanalın açılması üçün bir çox ölkələrə səfər etdiyini, bunlardan yalnız Azərbaycanda yaxşı şərait olduğunu bildirib. Lakin “MTV Azərbaycan” telekanalının hansı vasitə ilə – peyk, kabel televiziyası və ya milli tezlikdə yayımlanacağı barədə məlumat verilməyib.

Milli Televiziya və Radio Şurasında  (MTRŞ) isə bu barədə heç bir məlumat yoxdur. Şura sədrinin köməkçisi Toğrul Məmmədov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu barədə məlumatsız olduğunu və belə bir telekanalın açılışının planlaşdırılmadığını deyib.

Previous Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ EKSPERTLƏR DİNDİRİLDİ(26.05.2010)

Next Post

CƏLAL ƏLİYEV “YENİ MÜSAVAT” QƏZETİNİ YENİDƏN MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.