MTRŞ YUXARI İNSTANSİYALARIN QƏRARINI GÖZLƏYİR

Amerika Birləşmiş Ştatlarının xarici radioların yerli FM tezliyində fəaliyyətinin bərpa edilməsi istiqamətində Azərbaycan hökumətinə təqdim etdiyi təkliflər paketinə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli də öz münasibətini bildirib.

Şura sədrinin “APA” İnformasiya Agentliyinə verdiyi açıqlamasına görə, saziş layihəsi Beynəlxalq Yayım Şurası tərəfindən quruma təqdim olunub. Lakin təklif olunan saziş layihəsinin dövlətlərarası müqavilələr əsasında reallaşa biləcəyini bildirən N. Məhərrəmli layihəni müzakirə etmək üçün yuxarı instansiyalara göndərdiklərini bildirib: ”Onlar da baxsınlar, qiymətləndirsinlər, sonra qərar verəcəyik”.
Qeyd edək ki, məsələ ilə əlaqədar MTRŞ sədri N.Məhərrəmli ilə əlaqə saxlamaq və “yuxarı instansiya”nın hansı qurum olmasını öyrənmək istəsək də, sədr telefon zənglərinə cavab vermədi.
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan "Azadlıq", "Amerikanın səsi" və  "BBC" radiolarının yerli FM tezliyində yayımı qadağa qoyulub.
Previous Post

DÖVLƏT BÜDCƏSİNDƏN AZTV-YƏ İTV-DƏN İKİ DƏFƏ ÇOX VƏSAİT AYRILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.