MTRŞ TELEKANALLARA SMS-LƏRLƏ BAĞLI XƏBƏRDARLIQ EDİR

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bəzi canlı yayımlanan verilişlərdə tamaşaçılar tərəfindən göndərilən SMS-lərdə əxlaqa zidd ifadələrin yer almasını yolverilməz hesab edir.


"Trend" Agentliyinin məlumatında bildirilir ki, N. Məhərrəmli kanallara bu kimi halları aradan qaldırmalarını tövsiyə edib.

Hazırda qanunvericiliklə MTRŞ tərəfindən buna qarşı hər hansı bir tədbirin görülməsini mümkünsüz hesab edən N. Məhərrəmli bu məsələyə yalnız telekanalların lisenziya müddətinin uzadılması zamanı baxılacağını vurğulayıb: "Biz ancaq lisenziyanın uzadılması vaxtı gəlib çatanda bu məsələyə baxıb həmin telekanala  tövsiyələrimizi nəzərə almadığı üçün onunla işləmək istəmədiyimizi deyə bilərik".
Qeyd edək ki, hazırda ölkə üzrə fəaliyyət göstərən telekanallardan AzTV istisna olmaqla, digər telekanallarda yayımlanan canlı verilişlərin efir zamanı SMS-lər qəbul edilir və bu SMS-lər titrlərlə efirə verilir.
Amma qeyd etmək istərdik ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun (Zahid) həbs olunduğu gün (2007-ci il noyabrın 7-də) RATİ gün ərzində əksər telekanallarda canlı verilişlərin yayımı zamanı "Qənimət Zahidə azadlıq!" cümləsini SMS-lə telekanallardakı nömrələrə yolladı. Lakin bu cümlə heç bir telekanalın efirində görünmədi. Bu isə onu deməyə əsas verir ki, telekanallarda SMS-lər senzuradan keçdikdən sonra efirə verilir.

Previous Post

DALĞA gənclər hərəkatının piketi

Next Post

MƏTBUAT ŞURASI QƏZET VƏ JURNALLARIN ŞURAYA OLAN BORCLARINI SİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.