MƏTBUAT ŞURASI QƏZET VƏ JURNALLARIN ŞURAYA OLAN BORCLARINI SİLİB

Azərbaycan Mətbuat Şurasına üzvlük haqqı borcu olan qəzet və jurnalların 2008-ci ilə qədər olan borcları silinib.

Bu haqda RATİ-yə  məlumatı MŞ-nın katibi Rəhim Hüseynzadə verib:"Üzvlük haqlarına görə olan borcların silinməsi məsələsini Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin bu il iyun ayının 20-də keçirilən qurultayında və ondan əvvəl də qaldırmışdı. Bu, məsələ artıq həll olunub. Biz qəzetlərin maddi cəhətdən qayğılarının çox olduğunu nəzərə alaraq bu addımı atdıq. Nizamnamə qaydalarına görə bu haqqı ödəməyən KİV Mətbuat Şurasının üzvlüyündən çıxarılmalıdır.  Buna baxmayaraq biz qəzetlərin vəziyyətini nəzərə alaraq borclarını sildik".


Previous Post

MTRŞ TELEKANALLARA SMS-LƏRLƏ BAĞLI XƏBƏRDARLIQ EDİR

Next Post

Sergey Strekalinin mehkemesi 03.07.2008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.