SEÇKİ TƏŞVİQATI İLƏ BAĞLI QANUN POZUNTULARINA YOL VERİLSƏ MTRŞ MÜVAFİQ TƏDBİRLƏR GÖRƏCƏK

”Əgər  seçki təşviqatı zamanı televiziyalarda  qanunsuzluq və hər hansı  nöqsanlara yol verilərsə, bu zaman müvafiq tədbirlərin görülməsi üçün MTRŞ mütləq işə qarışacaq”.

Bu sözləri RATİ-yə MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib.
Televiziyalarda seçki təşviqatına nəzarət funksiyasının Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən aparılacağını deyən Məhərrəmli MSK-nın nəzdində mətbuat qrupunun yaradılacağını və bu qrupa televiziya və çap mətbuatından olan jurnalistlərin daxil ediləcəyini vurğulayıb.
Bununla belə, Məhərrəmli qeyd edib ki, yerli qanunvericiliyə uyğun olaraq, MTRŞ televiziyalarda seçkidən qabaq, seçki dövründə və seçkidən sonra da monitorinqlər aparacaq.

Previous Post

“NAXÇIVANIN SƏSİ” RADİOSUNA LİSENZİYA VERİLİB

Next Post

HƏFTƏLİK QƏZETLƏR PREZİDENTİN SƏRƏNCAMINDAN NARAZI QALIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.