OBYEKTİV TV-NİN XANIM ƏMƏKDAŞI SAXLANILDI

“Obyektiv” TV-nin əməkdaşı, televiziyanın “Xalq nə deyir” proqramının müəllifi və aparıcısı Vəfa Nağıyeva bu gun Prezident Aparatının qarşısında  “Gen” MMC və Fuad LTD   tikinti şirkətlərinin aldatdığı  müştərilərin keçirdiyi növbəti aksiya zamanı polis tərəfindən saxlanılıb.

Özünü təqdim etməyən polis zabiti jurnalisti ağır ifadələrlə təhiqr edib və ona işgəncə verilməsini tabeçiliyində olan şəxslərə əmr edib.

“Sən son vaxtlar yaman qudurmusam. Gedin bunu çırpın, qoy ağlı başına gəlsin!”, – deyə qeyd edən polis zabiti Vəfa Nağıyevanin 5 sutka müddətinə həbs edilməsini də əmr edib.

Habelə saxlanma zamanı xanım əməkdaşın çəkdiyi video-foto çəkiliş  silinib. Daha sonra jurnalist 9-cu polis bölməsinə aparılıb. Polis bölməsində  kiçik araşdırmadan sonra isə Vəfa Nağıyeva sərbəst buraxılıb.

Xatırladaq ki, Prezident Aparatının qarşısında mütəmadi olaraq jurnalistlər təzyiqlərə məruz qalır. Dəfələrlə Obyektiv TV-nin digər əməkdaşları da saxlanılaraq apardıqları çəkilişlər silinib.

Previous Post

“XURAL” QƏZETİNİN ƏMLAKININ HƏRRACI BAŞ TUTMADI

Next Post

VƏKİL POLİS ZABİTİNİN HƏBSİNİ ƏSASSIZ SAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.