“XURAL” QƏZETİNİN ƏMLAKININ HƏRRACI BAŞ TUTMADI

“Xural” qəzetinin müsadirə olunmuş əmlakının aprelin 17-nə təyin olunmuş hərracı baş tutmayıb.

“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin əməkdaşları bildiriblər ki, hərracın baş tutmamasına səbəb sifarişçi olmamasıdır. Həmçinin əlavə olunub ki, 45 gün ərzində növbəti hərracın vaxtı təyin olunacaq. Kompyuter dəstləri, diktofon, televizor, printer və digər texniki avadanlıqlardan ibarət olan əmlakın ilkin satış qiyməti 1430 manat məbləğində dəyərləndirilib. İlk hərracda sifarişçi olmadığına görə bu qiymət 15 faiz aşağı salınacaq.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə,
oktyabrın 19-da “Xural” qəzetinin əmlakı Nərimanov rayon məhkəmə icraçıları şöbəsi tərəfindən müsadirə olunub. 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunan “Xural” qəzetini mətbəələr dərc etməkdən  imtina etdiyinə görə, 2011-ci ilin oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.

Xatırladaq ki, qəzetin baş redaktoru Əvəz Zeynallı isə Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-cü  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

ƏVƏZ ZEYNALLININ VERGİLƏR NAZİRLİYİNƏ QARŞI İDDİASINA 2 SAYLI İNZİBATİ İQTİSAD MƏHKƏMƏSİNDƏ BAXILACA

Next Post

OBYEKTİV TV-NİN XANIM ƏMƏKDAŞI SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.