RƏSMİ QƏZETLƏR BAHALAŞDIRILDI

2009-cu il yanvar ayının 1-dən rəsmi dövlət qəzetləri  – “Azərbaycan” və “Bakinski raboçi”nin  satış qiymətini 30 qəpikdən 40-a qaldırıblar.

Bu gündən (06 yanvar) “Xalq” və “Respublika” qəzetləri də satış qiymətini 10 qəpik artırıblar.
“Azərbaycan” qəzetindən baş redaktorun 1-ci müavini Amil Novruzovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, qəzetin satış qiymətinin bahalaşmasına səbəb mətbəə xərclərinin artmasıdır.
“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov da qiymətlərin bahalaşmasını  qəzetin çap xərclərinin artması ilə əsaslandırdı. Onun sözlərinə görə, qəzetlər  rəngli çapa keçiblər və bu da çap xərclərinin artmasına gətirib çıxarıb.
“Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərindən də qiymətlərin rəngli çapa keçidlə əlaqədar bahalaşdığını bildirdilər.
Belə ki, müstəqil qəzetlərin də qiymətlərinin artacağı gözlənilir. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun RATİ-yə verdiyi məlumata görə, baş redaktoru olduğu qəzetin satış qiymətinin mart-aprel aylarında artacağı gözlənilir. Baş redaktor hazırda 40 qəpiyə satılan “Yeni Müsavat” qəzetinin satış qiymətinin 50 qəpiyə qədər artırılacağını istisna etmədi.
“525-ci qəzet”, “Ayna” və “Zerkalo”, “Gündəlik Bakı”, “Bizim yol”, “Azadlıq”, “Şərq”, “Bakı xəbər” qəzetlərindən isə satış qiymətini qaldırmaq barəsində hələ düşünmədiklərini bildirdilər.
Previous Post

BEYNƏLXALQ İCTİMAİYYƏT “AZADLIQ”, “AMERİKANIN SƏSİ” VƏ BBC RADİOLARININ FM DALĞASINDA YAYILMASINI QADAĞAN EDƏN QƏRARI QINAYIR

Next Post

POLİSDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİYİ ÜÇÜN HƏBS EDİLƏN NAXÇIVAN SAKİNİNİN AQİBƏTİ BƏLLİ DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.