OQTAY GÜLƏLİYEV AZAD EDİLDİ

İyunun 13-də Sabirabad Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev azadlığa buraxılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Oqtay Güləliyevin özü məlumat verib.
O. Güləliyev bildirdi ki,  vəkili Yalçın İmanov cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, həmçinin həbs qətimkan tədbirinin ləğv olunması və ya dəyişdirilməsinə dair  məhkəmədə vəsatətlər qaldırıb və hakim F. Əliyev həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar çıxarıb:
“Məhkəmənin bu gün olacağı barədə mənə  dünən məlumat verdilər.  Həbsim siyasi qərarla həyata keçirildiyi kimi, azadlığa çıxmağımı  da siyasi qərar hesab edirəm. Mən azadlığa buraxılmağımı natamam hesab edirəm. Çünki, cinayət işi ləğv olunmayıb və istintaq hələ də davam edir, ölkədən çıxmağıma qadağa var”, – deyə Güləliyev bildirib.
Xatırladaq ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, “Şəffaflıq” jurnalının baş redaktoru  Oqtay Güləliyev aprelin 8-də Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanılıb və inzibati qaydada 12 sutkalıq həbs cəzası alıb. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad rayon Məhkəməsi O. Güləliyev barəsində 2 ay həbs qətimkan tədbiri seçilmişdi.

Previous Post

HƏBSDƏN AZAD OLUNAN OQTAY GÜLALIYEV İLƏ MÜSAHİBƏ

Next Post

TAĞI ƏHMƏDOVUN İDDİASI İLƏ “AZADLIQ” QƏZETİ 30 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.