TAĞI ƏHMƏDOVUN İDDİASI İLƏ “AZADLIQ” QƏZETİ 30 MİN MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNDİ

Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənmilməsi tələbi ilə qaldırdığı iddiasına əsasən məhkəmə prosesinə yekun vurulub.

Məhkəmə “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.
Azadlıq qəzetinin nümayəndəsi, Media hüquqları İnstitutunun əməkdaşı Fariz Namazov məhkəmənin qərarının ədalətsiz olduğunu və bu qərardan apellyasiya şikayəti verəcəklərini bildirib. Xatırladaq ki, “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolıitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istafadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdir.    

Previous Post

OQTAY GÜLƏLİYEV AZAD EDİLDİ

Next Post

“EUROVİSİON MƏHBUSU”- MEHMAN HÜSEYNOV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.