OMBUDSMANIN HESABATI DEPUTATLAR TƏRƏFİNDƏN TƏNQİD EDİLİB

Milli Məclisin dünən keçirilən iclasında İnsan Haqları Üzrə Müvəkkil Elmira Süleymanova parlament qarşısında illik hesabatla çıxış edib.

Süleymanova çıxışında söz azadlığı sahəsindəki  vəziyyətə də toxunub. O bildirib ki, dövlət bu sahədə bir sıra işlər görüb. ”Bizim yol” qəzetində verilən xəbərə görə, Ombudsman Eynulla Fətullayev, Qənimət Zahidov və digər jurnalistlərin həbsinin mahiyyətinə toxunmadan onların saxlanma şəraiti ilə tanış olduğunu bildirib: ”Müraciətlərə əsasən biz onlarla görüşmüşük və saxlanma şəraiti ilə tanış olmuşuq. Onlar işgəncələrdən və saxlanma yerlərindən şikayətçi olmayıblar.” Həmçinin E.Süleymanova bəzi jurnalistlərin peşə etikasından kənar fəaliyyətə görə həbs olunmasını da bildirib.

  Hesabata münasibət bildirən deputat Əli Məsimli Ombudsmanın həbsdə olan jurnalistlərin əfv olunması təşəbbüsü ilə çıxış etməsini təklif edib. Bu təklifi  Cəmil Həsənli də dəstəkləyib. Millət vəkili İqbal Ağazadə də öz çıxışında həbsdə olan jurnalistlərin məsələsinə toxunub: ”Ombudsman həbsxanalarda və başqa yerlərdə saxlanılan şəxslərlə görüşüb, onları ziyarət etməklə işini bitmiş hesab etməməlidir. Nəyə görə ombudsman həbs olunmuş jurnalistlərlə bağlı ölçü götürmür və əlaqədar qurumlar qarşısında məsələ qaldırmır?”

Previous Post

“LİDER” VƏ ANS TELEKANALLARININ OPERATORLARI QƏZAYA UĞRAYIB

Next Post

“YENİ AZƏRBAYCAN” QƏZETİNDƏ YOXLAMALAR APARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.