“YENİ AZƏRBAYCAN” QƏZETİNDƏ YOXLAMALAR APARILIR

“Yeni Azərbaycan” qəzetinin  baş redaktoru YAP İdarə Heyətində aparılan müzakirələrdən sonra təyin olunacaq.

Bu barədə məlumatı “Olaylar”a YAP İcra katibinin müavini Səyavuş Novruzov verib. Onun sözlərinə görə, hazırda qəzetə YAP İcra katibinin müavini Mübariz Qurbanlı rəhbərlik edir.
S.Noruzov A.Həsənoğlunun baş redaktor vəzifəsindən kənarlaşdırılması məsələsinə belə münasibət bildirib: “qəzetinin fəaliyyəti İdarə Heyətində müzakirə edilərkən qərara alınıb ki, qəzet partiyanın maraqlarına cavab vermir. Partiyanın siyasətinin yayılması, müəyyən təşkilatların fəaliyyətinin işıqlandırılması kimi məsələlər də tələblərə cavab vermədiyinə görə qəzetin baş redaktoru vəzifəsindən azad olunub. Hazırda qəzetdə maliyyə yoxlamaları aparılır və hələlik bu sahədə hansısa problem aşkarlanmayıb”.    

Previous Post

OMBUDSMANIN HESABATI DEPUTATLAR TƏRƏFİNDƏN TƏNQİD EDİLİB

Next Post

İNTERNET ŞURASININ ƏSASNAMƏSİNİN BİR NEÇƏ MÜDDƏASI SÖZ AZADLIĞINI MƏHDUDLAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.