ELMİRA SÜLEYMANOVA XARİCİ RADİOSTANSİYALARLA BAĞLI MTRŞ-YƏ MÜRACİƏT EDİB

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova xarici radiostansiyalarla bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib.

“Azadlıq” radiosuna müsahibəsində Süleymanova bildirib ki,  işgəncələr əleyhinə beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 26-da Praqada səfərdə olub.  O, bu fürsətdən istifadə edərək “Azadlıq” radiosunun Praqa ofisində də olub.
Ombudsman həmçinin qeyd edib ki, MTRŞ-nin xarici radiostansiyalardan yerli tezliklərinin alınacağını barədə açıqlamasından sonra  o, şuranın sədri Nüşirəvan Məhərrəmli ilə bu haqda söhbət də edib. Məhərrəmli bildirib ki, bir sıra Avropa ölkələrində  olduğu kimi, Azərbaycan qanunları da yerli tezliklərin  xarici radiolara məxsus olmasına yol vermir. Buna baxmayaraq Suleymanova MTRŞ-yə müraciət də edib.
ee“Müraciətimiz məsələnin araşdırılması və imkan daxilində müsbət həll edilməsi ilə bağlı idi. Məndə olan məlumata görə məsələ ilə bağlı qərar dekabrın ortalarında veriləcək, amma mən sizə deyə bilmərəm ki, həmin qərar necə olacaq”,  – deyə Ombudsman bildirib.
Previous Post

MTRŞ SƏDRİ NORVEÇ SƏFİRİ İLƏ XARİCİ RADİOSTANSİYALARIN MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Next Post

RATİ MƏHKƏMƏ HÜQUQ ŞURASINA MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.