“Yeni Müsavat” qəzetinə qarşı növbəti 1 milyonluq cərimə iddası

1320925673_rauf

“Yeni Müsavat” qəzetinə qarşı daha iki məhkəmə iddiası qaldırılıb. İddialardan biri “Bakı Poladtökmə” ASC və “Baku Steel Company” MMC şirkətləri tərəfindən qaldırılıb. İddiaçılar qəzetin 23 noyabr 2012-ci il tarixli sayında dərc olunmuş “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” sərlövhəli yazının işgüzar nüfuzlarına xələl gətirdiyini əsas gətirərək, “Yeni Müsavat” qəzetindən təkzib verilməsi və 1 000 000 (bir milyon) manat təzminat ödəməsi tələb edilir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu fevralın 26-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, “Yeni Müsavat” qəzetinə qarşı yüksək məbləğli iddialar qəzeti sıradan çıxarmağa hesablanıb. O vurğulayıb ki, bu iddiaları verənlər ya hakimiyyətdə təmsil olunan şəxslər, ya da vəzifəli şəxslərin nəzarətində olan biznes qurumlarıdır. “Qəzetdən 2012-ci ildə məhkəmələr vasitəsilə tələb olunan cərimələrin ümumi məbləği 2 milyon 950 min manat olub və hazırda icrada olan cərimələrin  məbləği 55600 manatdır” – deyə Arifoğlu qeyd edib.

Digər bir iddia isə ANS Şirkətlər Qrupu tərəfindən qaldırılıb. Yanvarın 15-də qəzetdə dərc olunmuş “ANS-in iki jurnalı bağlandı” xəbərinə görə məhkəməyə müraciət edən  ANS Şirkətlər Qrupu qəzetin təkzib verməisini və 20 min manat cərimə ödəməsini istəyir.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti jurnalların bağlanması ilə bağlı xəbəri AzNEWS.az saytına istinadən yazıb.  ANS Şirkətlər Qrupu həmin saytı da məhkəməyə verərək, təkzib verməsini və 100 000 manat təzminat ödəməsini istəyib.

Previous Post

“İnsan Hüquqları Klubu”nun qeydiyyata alınması ilə bağlı məhkəmə iddiası təmin edilmədi

Next Post

Ombudsman Aparatının əməkdaşı Əvəz Zeynallı ilə görüşərək, onun səhhəti ilə maraqlanıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.