“İnsan Hüquqları Klubu”nun qeydiyyata alınması ilə bağlı məhkəmə iddiası təmin edilmədi

121000020890

19 fevral 2013-cü 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçirilən  prosesdə İnsan Hüquqları Klubunun (İHK) Ədliyyə Nazirliyinə qarşı iddiası təmin edilməyib. Xatırladaq ki, İHK Ədliyyə Nazirliyi tərəfindən əsassız olaraq dövlət qeydiyyatına alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Ədliyyə Nazirliyi İHK-nu qeydiyyata almaqdan imtinasını onunla əsaslandırmışdır ki, təşkilatın yaranması haqqında qərarda qanuni təmsilçinin səlahiyyətləri göstərilməyib. İHK Ədliyyə Nazirliyinin bu cavabını qanunsuz hesab edərək Nazirliyin qərarının ləğv edilməsi və İHK-nun dövlət qeydiyyatına alınması tələbi ilə məhkəmədə iddia qaldırmışdı.

“İHK olaraq bir daha qeyd edirik ki, təşkilat tərəfindən heç bir qanuni təmsilçi təyin edilmədiyindən təşkilatın yaranması haqqında qərarda təyin edilməyən şəxsin səlahiyyətləri göstərilməmişdir. Qanunvericilikdə açıq şəkildə qeyd edilib ki, təşkilatın yaranması haqqında qərarda qanuni təmsilçinin səlahiyyətləri yalnız belə təmsilçi təyin edildiyi halda göstərilməlidir” – deyə İHK-nun sədri Rəsul Cəfərov məhkəmənin qərarını şərh edərkən bildirib.

R. Cəfərov onu da bildirib ki, məhkəmənin bu qərarı tamamilə əsassızdır və bu qərardan apelyasiya şikayəti verəcəyik.

Qeyd edək ki, 2010-cu il dekabrın 10-u Ümumdünya İnsan Hüquqları Günündə bir neçə gənc hüquq müdafiəçisi tərəfindən yaradılan İHK digər yerli QHT-lərlə birgə 2011-ci ilin iyunundan ölkədə və ölkə hüdudlarından kənarda geniş şəkildə tanınan “Demokratiya naminə musiqi”  (Sing for democracy) və Onlayn İfadə Təşəbbüsü (Expression Online İnitiative) kampaniyalarını həyata keçirmişdir. 2012-ci ilin dekabrından “Demokratiya uğrunda incəsənət” kampaniyasını həyata keçirməklə yanaşı gündəlik hüquq müdafiə işini və ictimai vəkillik fəaliyyətini də davam etdirir.

 

Previous Post

Müsavat məclisinin üzvü qəzetdəki yazısına görə polisə çağırılıb

Next Post

“Yeni Müsavat” qəzetinə qarşı növbəti 1 milyonluq cərimə iddası

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.