Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən bir ay keçir. Bununla bağlı, baş redaktorunun hüquqlarının ictimai müdafiəsi ilə bağlı RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
“Əvəz Zeynallının ictimai müdafiəsi uğurla davam etdirilir. İctimai müdafiə ilə məşğul olan hüquq müdafiəçiləri, jurnalist təşkilatları, media vasitələri istintaqın irəli sürdüyü ittihamın doğru olmadığını tam sübut etdi. İctimai fikir Əvəz Zeynallının sifarişlə həbsini qəbul edib və baş redaktora qarşı irəli sürülən korrupsiya ittihamını qınayır”, – deyə tədbirdə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
Hüquq müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri baş redaktorun beynəlxalq səviyyədə müdafiəsinin təşkili sahəsində iş aparılmasının vacibliyini qeyd edib. “Əvəz Zeynallının həbsi, “Xural” qəzetinin fəaliyyəti ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara təqdim ediləcək. Beynəlxalq səviyyədə imza toplama kampaniyası başlamalı, hökumət və dövlət başçılarına, aparıcı beynəlxalq təşkilatlara müraciətlər qəbul edilməlidir”, – deyə “İnsan Hüquqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayev qeyd edib.
“Xuralı”n əməkdaşları isə qəzetin çapına imkan verilmədiyini qeyd edib. Eyni zamanda, qəzeti heç bir mətbəə çap etmir. “Redaksiyadan çıxarılsaq da, redaksiya əmlakı müsadirə olunsa da “Xural” qəzetinin redaksiyasına Müsavat Partiyası sığınacaq verib, “Demokrat” qəzeti isə texnikasından istifadə üçün icazə verib. Amma, qəzeti heç bir mətbəə çap etmir. Çünki, “Xural” qəzetinin çapına imkan verilməməsi ilə bağlı bütün mətbəələrə qeyri-rəsmi göstəriş verilib”, -deyə qəzetin əməkdaşı Əfqan Muxtarlı bildirib.
Eybi zamanda, qəzet əməkdaşları digər bir neçə adda qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün müraciət edib. “Müraciətlərimizə hər hansı rəsmi cavab verilmir”, – deyə qəzetin əməkdaşı Nürəddin Xoca qeyd edib.
Mətbuat konfransında Əvəz Zeynallı ilə vəkilinin istintaq təcridxanasında görüşünün xəlvəti yolla audio yazısının aparıldığı deyilib. “Vəkil Elçin Sadıqovun əlindən Əvəz Zeynallının istintaq təcridxanası barədə məhkəməyə müraciət edəcəyi sənədlər alınıb”, – deyə “Xural”ın əməkdaşı Anar Mahmudoğlu vurğulayıb.
Mətbuat konfransında həmçinin Əvəz Zeynallı ilə bağlı noyabrın 4-dən sonra istintaq işlərinin dayandığı deyilib. “Noyabrın 4-də müstəntiqlə bir nəfər dindirdiyi adam arasında mübahisə düşüb. Dindirilən şəxs bərkdən qışqıraraq deyib ki, o yalandan heç kimin üzünə durmayacaq. Bu, qışqırığı vəkil də daxil olmaqla hamı eşidib. Bundan sonra hər hansı istintaq işləri aparılmır”, – deyə Anar Mahmudoğlu qeyd edib.
Xatırladaq ki, “Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə və digərlərinə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub. Mətbəələr də qəzeti çap etməkdən imtina etdiyinə görə, qəzet oktyabrın 21-dən etibarən fəaliyyətini dayandırıb.
Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.