CABBAR SAVALANLININ KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün (29 noyabr) Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə gənc fəal Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 iyul 2011-ci il tarixdə çıxardığı hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi  keçirildi.

Prosesdə gənc fəalın vəkili Əsabəli Mustafayev, dövlət ittihamçısı Mahir Abbasov iştirak edirdilər. C. Savalanın digər vəkil Anar Qasımov isə ezamiyyətdə olduğuna görə prosesdə iştirak etmirdi. Eləcə prosesi Britaniya, Fransa və Norveç səfirliklərinin nümayəndələri, çoxsaylı media nümayəndələri  müşahidə edirdi.
Vəkil Ə. Mustafayev çıxışında bildirdi ki, dünən anası ilə görüşən C. Savalanlı ona məhkəmədə iştirak edə bilməsinə dair  bildiriş almadığını deyib. Lakin hakim İ. Hacıqayıbov məhkəmə barədə gənc fəalın saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsinə bildirişin göndərildiyini bildirdi.
Daha sonra vəkil Ə.Mustafayev hüquqlarını müdafiə etdiyi gənc fəal C. Savalanlının həbsinin qanunsuz olması, o saxlanılarkən müdafiə hüququnun kobud şəkildə pozulduğunu və həbsinin siyasi baxışları ilə bağlı olduğunu dedi.
Habelə prosesdə Sumqayıt Apellyasiya Məhkəməsinin bir hakimimin xüsusi rəydə qalması, yəni C. Savalanlının apelyasiya şikayətini ilə bağlı qərara münasibət bildirməməyi də nəzərə alınmayıb.
Dövlət ittihamçısı M. Abbasov vəkilə etiraz edərək, tutularkən Savalanlının dövlət tərəfindən vəkillə təmin olunduğunu, lakin onun özünün həmin vəkilə  etiraz etdiyini bildirdi.
Qısa sürən müşavirədən sonra hakim İ. Hacıqayıbov apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığı barədə qərarını elan etdi.
Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə 4 may 2011-ci ildə hökm verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə 26 iyul 2011-ci ildə apellyasiya şikayətinin təmin etməyib.

Previous Post

RADİO MÜSABİQƏSİ ÜZRƏ VERİLMİŞ ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Next Post

ƏVƏZ ZEYNALLININ HƏBSİNİN BİR AYI TAMAM OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.