“GÜNDƏLİK BAKI”-NIN XEYRİNƏ DAHA BİR QƏRAR ÇIXARILDI

Aprel ayının 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Binəqədi qəsəbəsi, 1-ci məhəllə məscidinin dini icmasının sədri Mürşüd Eyyubovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı iddia üzrə Yasamal rayon Məhkəməsinin qərarından verdiyi şikayət əsasında məhkəmə prosesi keçirilib.

Prosesdə hakim Sahibxan Mirzəyev Yasamal rayon Məhkəməsinin qərarı qüvvədə saxladı.
Qeyd edək ki, prosesdə cavabdeh tərəf iştirak etməyib. “Gündəlik Bakı” qəzetinin əməkdaşı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) onlara çağırış vərəqəsi gəlmədiyini, yalnız dünən (08 aprel) Bakı Apellyasiya Məhkəməsindən Yasamal rayon Məhkəməsinin qərarının əsaslı olması barədə məktub daxil olduğunu qeyd edib. Bakı Apellyasiya məhkəməsinin hakimi Sahibxan Mirzəyev isə RATİ-yə bildirib ki, “Gündəlik Bakı” qəzetinə çağırış vərəqəsi göndərilib lakin onlar prosesdə iştirak etməyiblər.
Xatırladaq ki, Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Mürşüd Eyyubovun şikayət ərizəsində cavabdeh tərəf barədə dolğun məlumat verilmədiyi və şikayətin aidiyyatı orqan tərəfindən verilmədiyi üçün xüsusi ittiham qaydasında irəli sürülmüş ərizənin icraata qəbul edilməməsi barədə qərar qəbul edilmişdir.
Qeyd edək ki, Mürşüd Eyyubovun Yasamal Rayon Məhkəməsinə müraciət etməsinə səbəb qəzetin 14 yanvar 2009-cu il tarixli, 7 (317) sayında Qafqaz Müsəlmanları İdarəsinin sədri barədə yazının dərc olunmasıdır. M. Eyyubov öz iddiasında  “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev haqqında CM-nin 147, 148 və 283.2.2-ci maddələri ilə ittihamedici hökm çıxarılmasını, ağır cəza verilməsini və məhkəmə  zalında həbs edilməsini tələb etmişdir.
Previous Post

ƏLİ HƏSƏNOVUN TEZLİKLƏ HƏBSXANADAN ÇIXACAĞI GÖZLƏNİLİR

Next Post

Asif Mərzili azadlığa buraxıldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.