DAHA BİR JURNALİST HƏBS EDİLƏ BİLƏR

Tanınmış jurnalist Mahal İsmayıloğlu bu gün (27 iyun) Abşeron Rayon Polis Bölməsinə çağırılıb.

Polis bölməsində jurnalistə bildirilib ki, ona qarşı  Daxili İşlər Nazirliyində işləyən bağ qonşusu Vahid İmanov tərəfindən şikayət daxil olub. Bu haqda RATİ-yə məlumat verən M. İsmayıloğlu bildirib ki, şikayətə səbəb guya qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub: “İyun ayının 20-i mən qonşum Vahid İmanovun qulluqçusuna zibili mənim qapıma tökməməsini demişəm. Ancaq Polis Bölməsindən bildirirlər ki, guya mən ona zibili tökməməsini iyun ayının 21-də deyib, sonra da onu vurmuşam”.

Bu gün saat 12:00-dan 15:00-a qədər polisdə saxlanılan jurnalist ona qarşı bu qəbildən olan şikayətin birbaşa yazdığı yazılara görə peyda olunduğunu iddia edir: “İyun ayının 7-də “Yeni Müsavat” qəzetində “Göz yaşı silən olaq” başlıqlı məqaləmdə mən qonşumun qapımın ağzına zibil tökməsi haqqında da qeyd etmişdim. Fikirləşirəm ki, İmanovun mənim haqqımda şikayət verməsi bu məqaləyə görədir”.    

Qeyd edək ki, Mahal İsmayıloğlu uzun illər rəsmi dövlət qəzeti – Prezidentin İcra Aparatının orqanı  olan “Xalq qəzeti”ndə baş redaktor vəzifəsində çalışıb. 2002-ci ildə vəzifəsindən uzaqlaşdırılıb. Hal-hazırda “Yeni Müsavat” qəzetində köşə yazıları ilə çıxış edir.
Previous Post

“AZƏRBAYCANDA SEÇKİ ÖNCƏSİ DEMOKRATİK AZADLIQLAR” MÖVZUSUNDA FORUM KEÇİRİLİB

Next Post

Hərbi Parad

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.