Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən S.Əlibəyli iddiaya “Nota” qəzetinin son dörd sayında Daxili Qoşunlarla bağlı yazılan müəllif və araşdırma yazılarının səbəb olduğunu bildirdi.
S.Əlibəylinin sözlərinə görə, Xətai rayon Məhkəməsinin hakimi Leyla Talıbova ona zəng edək bu barədə məlumat verib: “Hakim məni telefonla məhkəməyə dəvət etdi. Amma mən rəsmi çağırış alandan sonra məhkəməyə gələcəyimi deyərək, bu dəvətdən imtina etdim”.