Quba hadisələri ilə əlaqədar saxlanılan “Xəyal” TV-nin əməkdaşlarından biri – montajçı Vahid İbrahimov martın 17-də sərbəst buraxılıb. Bu barədə RATİ-yə Adının çəkilməsini istəməyən Qubadakı mənbə məlumat verib.
Qeyd edək ki, martın 13-də Qubanın “Xəyal” telekanalının icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev, menecer Zaur Mustafayev, montajçılar Vahid İbrahimovun və İslam Aslanov həbs edilərək Bakıya gətirilimişdilər.
Xatırladaq ki, Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun ilin yekunlarına dair müşavirədə səsləndirdiyi və sonra sosial şəbəkələrdə yayılan çıxışında “Qubalılar öz ailə uşaqlarını, vətənini 30-40 manata satırlar” ifadəsi rayon əhalisini hiddətləndirib və bu səbəbdən 2012-ci il mart ayının 1-də Quba rayonunda kütləvi etiraz aksiyası keçirilib, aksiya iştirakçıları R. Həbibovun evini yandırıblar, əhali ilə polis və daxili qoşun hissələri əsgərləri arasında qarşıdurma olub. Qarşıdurma nəticəsində icra başçısı Prezident İlham Əliyev tərəfindən istefaya göndərilib və hadisə ilə bağlı sayı açıqlanmasa da azı 10 nəfər Quba sakini də saxlanılıb.