JURNALİST MÜŞFİQ HÜSEYNOVUN HƏBSİNDƏN BİR İL ÖTÜR

Sabah (24 iyul) həbsdə olan jurnalist “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həbs olunmasından bir il ötür.

Qeyd edək ki, M.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Rizvan Əliyevdən güya 3500 ABŞ dolları rüşvət almaqda ittiham edilərək 24 iyul 2007-ci ildə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs olunub. 26 iyul 2007-ci ildə hakim Gülnarə Tağızadə jurnalist barəsində üç aylıq həbs qət-imkan tədbirinin seçilməsi haqqında qərar çıxarıb. Həbs qət-imkan tədbiri 19 oktyabr 2007-ci il tarixdə daha üç ay müddətinə uzadılıb. 21 yanvar 2008-ci il tarixində Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun çıxardığı qərar ilə Hüseynov 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi. 04 aprel 2008-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin çıxardığı qərarla 6 illik həbs cəzası 1 il azaldılaraq, 5 il müddətinə endirildi. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı qərarın digər müddəaları isə qüvvədə saxlanıldı.
Xatırladaq ki, Hüseynovun həbsindən əvvəl “Bizim Yol” qəzetinin 14 iyun 2007-ci il tarixli sayında “Bizim Yol-a qarşı təxribatın qarşısı alınıb” adlı məqalə dərc edilmişdi. Məqalədə göstərilirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Bizim Yol” qəzetinin iqtisadi-sosial şöbəsinin redaktoru Müşviq Hüseynova qarşı tələ qurmaq üçün üsullar axtarır. Həbsi ərəfəsində Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov və Rizvan Əliyev də daxil olmaqla, nazirliyin əməkdaşlarının qeyri-qanuni əməlləri barəsində silsilə məqalələr yazıb.
RATİ Hüseynovun həbsi ilə bağlı 14 fevral 2008-ci il tarixdə xüsusi hesabat hazırlamış və həmin hesabatı ictimaiyyətin diqqətinə çatdırmışdır. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Hüseynov Milli Mətbuat Günü (22 iyul) gözlənilən əfv fərmanının imzalanmamasını ört-basdır etmək üçün (Hüseynovun həbsi telekanallarda nümayiş etdirildi və dövlət qəzetlərində müstəqil mətbuata qarşı qarayaxma kampaniyasına başlanıldı) təşkil edilmiş xüsusi əməliyyat nəticəsində həbs olunmuş, o dəfələrlə Rizvan Əliyev tərəfindən pul götürməyə təhrik edilmişdir. Hüseynovun işi üzrə məhkəmə araşdırması bir sıra qanun pozuntuları ilə aparılmışdır.
Hesabatı yükləyə bilərsiniz:
Azərbaycan dilində: http://www.irfs.az/component/option,com_remository/Itemid,32/func,fileinfo/id,7/
Previous Post

AQİL XƏLİLLƏ BAĞLI TELEKANALLARDA NÜMAYİŞ ETDİRİLƏN VİDEO SÜJETƏ MƏHKƏMƏDƏ BAXIŞ KEÇİRİLƏCƏK

Next Post

Soz Azadligini Mudafie Komitesinin teshkil etdiyi Deyirmi Masa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.