YENİ TELEVİZİYA VƏ RADİO KANALLARIN FƏALİYYƏTƏ BAŞLAYACAĞI GÖZLƏNİLİR

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhəhrrəmli APA-ya bildirib ki, “Rusiya və Azərbaycan teleradio yayımçılarının qarşılıqlı yayımı ilə bağlı müzakirələr artıq aparılmır.

Vaxtilə Azərbaycanda “RTR-Planeta” kanalının yayımlandığı tezliyin müsabiqəyə çıxarılması üçün gələcəkdə müzakirələr aparılacaq”. Tezlik  boşalan kimi yeni kanal açmaq fikrində olmadıqlarını vurğulayan sədr əlavə edib ki, “regional televiziya kanalının açılması haqqında fikirləşirik.  Növbəti parlament seçkilərinə qədər Azərbaycanın əsas bölgələrində televiziya kanalları açılacaq”. Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda yeni idman kanalının açılacağı da gözlənilir: “Azərbaycanda idmanla bağlı çox böyük işlər görülür. Biz də televiziya sahəsində bu işlərə dəstək vermək üçün belə bir kanalın açılması haqqında düşünürük. Artıq bu yöndə müzakirələrə başlanılacaq”. 
Şuranın sədri onu əlavə edib ki, artıq yaxın günlərdə Azərbaycanda yeni radio fəaliyyətə başlayacaq. Yeni radio üçün “Xəzər” televiziya kanalına 103 FM-də tezlik ayrılıb.

Previous Post

PİTER SEMNEBİ JURNALİSTLƏRİN ACLIQ AKSİYASINA MÜNASİBƏT BİLDİRİB

Next Post

“AZADLIQ” QƏZETİ BARƏDƏ ÇIXARILMIŞ QƏRARDAN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.