“AZADLIQ” QƏZETİ BARƏDƏ ÇIXARILMIŞ QƏRARDAN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRİLİB

Media Hüquq İnstitutundan RATİ-yə daxil olan məlumatda bildirilir ki, bu gün “Azadlıq” qəzeti barədə çıxarılan qərarlardan biri üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

Şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması) maddələrinin pozulduğu qeyd olunur. Avropa Məhkəməsindən bu maddələrin tanınması, onların işlə bağlı çəkdiyi xərclərin və zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş olunur.
Xatırladaq ki, prezidentinin icra aparatının əməkdaşı Tariyel Ağayevin “Azadlıq” qəzetinin 9 sentyabr 2006-cı il tarixli buraxılışında dərc edilmiş “Prezident köməkçisinin korrupsiya aparatı”, “T. Ağayev sabiq prezidentin sabiq köməkçisi hansı masştablı korrupsiya ilə məşğul olurmuş” başlıqlı yazı və 10-11 sentyabr tarixli buraxılışında dərc olunmuş “Göy balinalar və Ağayev bayramın nəvələrinin iştahı” sərlövhəli məqalələrdən narazı olaraq qəzeti məhkəməyə vermişdi. Səbail Rayon Məhkəməsi 2006-cı ilin noyabrında iddianı qismən təmin edərək, yazının  təkzib olunması. ”Azadlıq” qəzetinin redaksiyasının 40.000, Qənimət Zahidovun isə 25.000 AZN məbləğində cərimələnməsi barədə qərar çıxarmışdı. Qətnamədən apelyasiya və kassasiya şikayətləri verilsə də, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdı.

Previous Post

YENİ TELEVİZİYA VƏ RADİO KANALLARIN FƏALİYYƏTƏ BAŞLAYACAĞI GÖZLƏNİLİR

Next Post

QƏZETİN ƏMƏKDAŞI POLİS ŞÖBƏSİNDƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.