“MEDİAFORUM.AZ” SAYTI HƏLƏ DƏ FƏALİYYƏTİNİ BƏRPA ETMƏYİB

“Mediaforum.az” xəbər saytı hələ də fəaliyyətini bərpa etməyib.

Saytın rəhbəri Azər Qaraçənlinin bu gün (12 fevral) Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna (RATİ) bildirdiyinə görə, redaksiysının yerləşdiyi binada fevral ayının 9-u baş vermiş yanğın hadisəsi nəticəsində fəaliyyətini dayandıran sayt üzümüzə gələn həftə öz işini bərpa edə bilər. A.Qaraçənli əlavə edib ki, yanğın nəticəsində redaksiyanın avadanlıqlarına ziyan dəyməsə də, divarlardan keçən elektrik xətləri sıradan çıxıb: ”Hal-hazırda binada təmir işləri gedir, çox güman ki gələn həftə ərzində sayt öz işini bərpa edəcək”

Xatırladaq ki, fevral ayının 9-da “Mediaforum.az” saytının yerləşdiyi Həsən bəy Zərdabi prospekti 71 A ünvanında yanğın hadisəsi baş vermişdir.

Previous Post

Emin Milli və Adnan Hacızadənin Apellyasiya məhəməsi növbəti dəfə təxirə salındı

Next Post

GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.