GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINIB

Bu gün (12 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular  – Emin Milli ( Abdullayev)  və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdikləri apellyasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Buna səbəb isə vəkil Elton Quliyevin məhkəmədə iştirak edə bilmədiyinə görə prosesin təxirə salınması ilə bağlı xahişi olub.

Proses 17 fevral saat 15:00-a təyin edilib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Video: http://www.irfs.az/content/blogcategory/15/31/lang,az/

Previous Post

“MEDİAFORUM.AZ” SAYTI HƏLƏ DƏ FƏALİYYƏTİNİ BƏRPA ETMƏYİB

Next Post

AŞPA HƏMMƏRUZƏÇİLƏRİ AZƏRBAYCANA SƏFƏRLƏRİNİN YEKUNU İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.