Hilal Məmmədov vəkillərinə məhkəmədə danışmağı qadağan edib

hilal memmedov

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun cinayəti işi üzrə qapalı məhkəmə prosesi keçirilib. Vəkil Anar Qasımlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, prosesdə ittiham tərəfinin şahidləri ifadə verib. Vəkil əlavə edib ki, Hilal Məmmədov əvvəlki məhkəmə proseslərində olduğu kimi bu dəfə də üzünə maska keçirərək, proses boyu üzü divara dayanıb və vəkillərinə danışmaq səlahiyyəti vermədiyini bildirib.

Növbəti proses 06 mart saat 10:30-da keçiriləcək.

Məhkəmə prosesindən əvvəl baş redaktorla bağlı məhkəmə proseslərinin  qapalı keçirilməsinə etiraz olaraq, Hilal Məmmədovun Müdafiə Komitəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında dinc aksiya keçiriblər. Aksiya iştirakçıları Hilal Məmmədovun proseslərdə ağzını bağlaması və üzünü divara çevirməsinə dəstək olmaq məqsədilə  əl-ələ tutaraq 20 dəqiqəyə yaxın səssiz dayanıblar.

Xatırladaq ki, məhkəmə Hilal Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə aid olan hissəsi qapalı, 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsinə aid olan hissəsinin isə açıq keçirilməsi barədə qərar qəbul edib.

Previous Post

Əvəz Zeynallı və vəkilinin apellyasiya şikayəti üzrə proses keçirilib

Next Post

Jurnalist yaxınlarının onun fəaliyyətinə görə həbs olunduğunu bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.