MÜXALİFƏT HƏRƏKATI REFERENDUMUN LƏĞVİNİ TƏLƏB ETDİ

Bu gün (26 yanvar) Azərbaycan Media Mərkəzində “Qarabağ və Demokratik Respublika Uğrunda” Vətəndaş Hərəkatı referendum əleyhinə tədbir keçirdi. Hərəkat hesab edir ki, referenduma çıxarılan əlavə və dəyişiklik təklifləri mövcud Konstitusiyanın 20-yə yaxın maddəsi ilə ziddiyyət təşkil edir.

AXCP sədri Əli Kərimli bildirdi ki, Referendum əleyhinə yaradılmış “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda” təşəbbüs qrupları bütün növ təzyiqlərə baxmayaraq, imzatoplama kompaniyasını davam etdirirlər. O həmçinin əlavə etdi ki, vətəndaşlara heç vaxt  bu referendum ərəfəsində olduğu qədər zorakılıqlar olmayıb.
“Bu gün 5 jurnalist həbsdədir. Repressiyalar isə hələ də ictimai-siyasi arenada fəaliyyət göstərən şəxslərə qarşı davam edir. “21-ci əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Etibar Əliyevə, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı məhkəməyə cəlb olunma və tanınmış ictimai xadim Zərdüşt Əlizadənin oğlunun narkotiklə təqsirləndirilərək şübhəli həbs hadisəsi demokratik dəyərlərin qorunması uğrunda prinsipial və ardıcıl mövqe tutan fəal ictimai qüvvələrin susdurulmasına yönəldilmiş məqsədli hərəkatdır” – deyən Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyin lazımlılığını diqqətə çatdırıb.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin dediyinə görə, müxalifətin imza vərəqələrinə imza atan vətəndaşlar polis təzyiqləri qarşısında artıq öz imzalarından imtina ilə bağlı MSK-ya teleqramlar göndərməyə başlayıblar və bu səbəbdən topladıqları 100-ə yaxın imza etibarsız hesab edilib.
Xatırladaq ki, martın 18-də keçirilməsi nəzərdə tutulan referendumda Konstitusiyanın 20-dən çox maddəsinə əlavə və dəyişiklik təklif edilir.
Previous Post

“QARABAĞ VƏ DEMAKRATİK RESPUBLİKA UĞRUNDA” VƏTƏNDAŞ HƏRƏKATİNİN 26.01.2009 TARİXİNDƏ KEÇİRDİYİ TƏDBİR

Next Post

RƏNA ZAHİDOVA HƏYAT YOLDAŞI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.