RƏNA ZAHİDOVA HƏYAT YOLDAŞI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Ötən həftə (21 yanvar) Rəna Zahidova həyat yoldaşı  "Azadlıq" qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovla (Mirzə Sakit) cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Bu barədə RATİ-yə Rəna Zahidova özü məlumat verdi: ” Sakit Zahidovun ümumi vəziyyəti normaldır, səhhətindən də heç bir şikayəti yoxdur.

Ancaq cəzaçəkmə müəssisəsində növbəti dəfə ona qarşı təxribat hazırlanır. Bu barədə məlumat mətbuatda yayılanda təhlükə bir qədər səngiyir."
 
     Rəna Zahidovanın sözlərinə görə, Sakit Zahidov ona qarşı hazırlanan təxribatın cəza müddətinin artırılması üçün nəzərdə tutulduğunu bildiyi üçün gözlənilən təxribata qarşı ehtiyatlı olmağa çalışır. Belə ki, jurnalisti təxribata çəkmək istəyən qüvvələr barədə artıq müvafiq orqanlara müraciət edilib.
 
     Xatırladaq ki, Mirzə Sakit 2006-cı il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.
Previous Post

MÜXALİFƏT HƏRƏKATI REFERENDUMUN LƏĞVİNİ TƏLƏB ETDİ

Next Post

EYNULLA FƏTULLAYEV AİLƏSİ İLƏ TELEFON ƏLAQƏSİ SAXLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.