Naxçıvana müxalif qəzetlər getmir

Naxçıvan Muxtar Respublikasına hakimiyyəti tənqid edən qəzetlərin satışında tamamilə qadağan edilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan bölgə müxbiri Elman Abbasovun sözlərinə görə, belə qəzetlər xeyli vaxtdır ki, poçt vasitəsilə Naxçıvana gəlmir və köşklərdə satılmır. Yalnız səyyar satıcılar təyyarə vasitəsilə Naxçıvana təxminən 50-60 qəzet gətirərək satsalar da, son 1 həftədə buna da rast gəlmək olmur. “Son vaxtlar ölkənin müxtəlif yerlərində olan etiraz aksiyaları və Naxçıvandakı vəziyyətlə bağlı məqalələr çox yazıldığına görə, müxalif düşüncəyə yer verən “Azadlıq” və “Yeni Müsavat” kimi qəzetləri satışı tamamilə dayandırılıb.” – deyə Elman Abbasov bildirib.

Məsələ ilə bağlı Naxçıvan MR Mərkəzi Poçtu ilə telefon əlaqəsi saxladıq. Satış şöbəsinin əməkdaşı olduğunu deyən şəxs, sualımızı dinlədikdən sonra başqa nömrəyə zəng etməyimizi məsləhət gördü. Dəfələrlə cəhd göstərsək də, telefonlarımıza cavab verən olmadı.

Previous Post

Baş redaktor hədələndiyini bildirir

Next Post

Bəyanat: Azərbaycanda onlayn ifadə azadlığını məhdudlaşdırmağa cəhdlər davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.