Baş redaktor hədələndiyini bildirir

Asef Rzayev

“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev telefonla təhdid edilməsi barədə fevralın 15-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verib. Onun sözlərinə görə, Abşeron rayonunda yerləşən “Ağ otel“in əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı rəhbəri olduğu qəzetdə bir neçə məqalə dərc ediblər. “Fevralın 14-də özünü otelin sahibi kimi təqdim Elçin adlı şəxs zəng edərək qəzetdə otellə bağlı  dərc olunan yazıları dayandırmasam, aqibətimin pis olacağını bildirdi” – deyə baş redaktor bildirdi.

A.Hacıyev məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyini və qəzet vasitəsilə Daxili İşlər nazirinə və Baş prokurora müraciət etdiyini deyib.

Previous Post

“Azadlıq” qəzetinin 30 min manat cəriməsi qüvvədə qaldı

Next Post

Naxçıvana müxalif qəzetlər getmir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.