İnsan hüquqlarının məhdudlaşdırılması fonunda müxalifyönlü televerilişin izlənməsinə qadağa

Azərbaycan ordusunda gənc əsgərlərin ölümü halları ətrafında müzakirələrin artdığı bir vaxtda hökumət müxalif yönümlü“Azərbaycan saatı” (artıq “Qafqaz xəbər”) verilişinin yayımlandığı Türkiyənin “Media TV” kanalının regionlarda izlənməsinə qadağa qoymağa çalışır. “Azadlıq” qəzetinin məlumatına görə, Bərdə rayonunun iaşə obyektlərində bu telekanala baxmaq qadağan edilib.

Bu barədə “Azadlıq” qəzetinə Bərdə sakinləri məlumat verib. Onların sözlərinə görə, rayon polisi iaşə obyektlərinə gələrək peyk antenalarının yığışdırılmasını tələb edib.

Polislər açıq şəkildə bildirir ki, bu əhalinin kafe və çayxanalarda “Media TV” kanalına baxa bilməməsi üçündür. Polislər kafe və çayxana sahiblərinə deyiblər ki, peyk antenaları yığışdırılmasa ciddi problemlə üzləşəcəklər.

Bərdə sakinləri bildirir ki, bu əməliyyat daxili işlər naziri Ramil Usubovun Bərdə səfərindən sonra başlayıb. “Rayonda əhali əsasən kafe və çayxanalara yığışıb ”Media TV” kanalına baxırdı. Orada yayımlanan “Azərbaycan saatı” verilişi rayonda çox populyar idi. Ona görə də kafe və çayxanalardan peyk antenalarının yığışdırılmasını qərara alıblar”,-deyə sakinlər bildirib.

Previous Post

Jurnalist diffamasiya maddəsi ilə məhkəməyə verilib

Next Post

Prezident anti-QHT qanun layihəsini təsdiqlədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.