Prezident anti-QHT qanun layihəsini təsdiqlədi

Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Bu dəyişiklik Azərbaycanın avtoritar dövlət statusunu bir daha möhkəmləndirməklə yanaşı, vətəndaşların Azərbaycan Konstitusiyasının 58-ci maddəsi ilə nəzərdə tutulmuş birləşmək hüququnu və Avropa Konvesniyasının 11-ci maddəsi ilə nəzərdə tutulmuş sərbəst toplaşmaq və birləşmək azadlıqlarını həyata keçirmələrinə böyük maneə olacaq.

Azərbaycanın ifadə azadlığını müdafiə təşkilatı olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu dəşyişikliyi vətəndaş cəmiyyətinə qarşı növbəti avtoritar addım hesab edərək, bunun Azərbaycanın “azad olmayan ölkə” statusunu daha da möhkəmləndirəcəyini düşünür. Martın 13-də RATİ sözügedən dəyişikliklə bağlı ətraflı bəyanat verəcək.

Qeyd edək ki, parlamentin fevralın 15-də keçirilən iclasında deputatların səs çoxluğu ilə “Qrantlar haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlara dəyişiklik edib. Dəyişiklik ondan ibarət idi ki, QHT-lər istər nəğd, istərsə də köçürmə yolu ilə qrant haqqında müqavilə, yaxud qərar olmadan heç bir maddi vəsait qəbul edə bilməyəcək və  müqavilə, qərar olmadan 200 manatdan yuxarı maliyyə alınarsa, əmlak müsadirə olunmaqla yüksək cərimələr tətbiq ediləcək.

Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə birgə müraciət göndərərək onu bu dəyişikliyi imzalamamağa çağırmışdı.

Previous Post

İnsan hüquqlarının məhdudlaşdırılması fonunda müxalifyönlü televerilişin izlənməsinə qadağa

Next Post

Mətbuat azadlığını müdafiə qrupları Əvəz Zeynallının azad olunması üçün petisiyanı prezidentə göndərdi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.