TƏŞKİLAT KOMİTƏSİ MİTİNQİN KEÇİRLMƏSİNDƏ İSRARLIDIR

 Söz azadlığı və insan haqlarının müdafiəsi ilə bağlı keçirilməli olan mitinqin təşkilat komitəsinin rəhbəri Eldar Namazov bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib.

Namazov bildirib ki, bu gün (25 dekabr) Mitinq Komitəsi adından Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib. Məktubda göstərilir ki, Komitənin Ukrayna meydanında mitinq keçirməsində israrlı olmasının əsasında Bakı şəhər icra başçısının 27 oktyabr 2006-cı il tarixli 318 saylı sərəncamı ilə həmin yerin mitinqlər üçün ayrılması durur. Məktubda 10 gün müddətində mitinqin Ukrayna meydanında keçirilməsinə icazə verilməməsinin səbəblərinin bildirilməsi tələb edilir.

     Xatırladaq ki, Mitinq Komitəsi dekabrın 8-də Ukrayna meydanında mitinqin keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Icra Hakimiyyəti heç bir səbəb göstərmədən mitinqin Ukrayna meydanında deyil, “Bibiheybət” stadionunda keçiriməsinə icazə vermişdi. Təşkilat Komitəsi həmin stadionda olmuş və orada mitinqin keçirilməsi üçün şəraitin olmadığını əsas tutaraq, yenidən dekabrın 22-də mitinqin Ukrayna meydanında keçirilməsi ilə bağlı müraciət etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti yenidən heç bir səbəb göstərmədən mitinqin Ukrayna meydanında keçirilməsinə icazə verməmişdi.

Previous Post

JURNALİSTLƏRİN KASSASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Next Post

ARİF ƏLİYEV RÖVŞƏN KƏBİRLİ İLƏ ƏFV MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.