ARİF ƏLİYEV RÖVŞƏN KƏBİRLİ İLƏ ƏFV MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

RATİ dünən məlumat vermişdi ki, MŞ-nın sədri Əflatun Amaşov dekabrın 22-də həbs edilmiş bəzi jurnalistlərlə görüşüb.

      “Yeni Müsavat” qəzetinin bu  günkü sayında verilən məlumatda bildirilir ki, bu görüşdə Əflatun Amaşovla birgə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də iştirak edib. A.Əliyev qəzetin əməkdaşına bildirib ki, o ancaq Rövşən Kəbirli ilə görüşüb, digər məhbus jurnalistlərlə bağlı heç bir məlumatı yoxdur. “Müxalifət” qəzetinin baş redaktoru ilə görüşü haqqında təfərrüatlı məlumat verməyən Arif Əliyev onu qeyd edib ki, görüşdə əsasən hazırlanan əfv fərmanı ilə bağlı məsələlər müzakirə olunub.

     Əliyev “cəmi 5 jurnalistlə görüşməyiniz məhz onların əfv siyahısına düşəcəyi ilə bağlı təəssürat formalaşdırır” rəyinə də münasibət bildirib. Onun sözlərinə görə, “MŞ-ı daha öncə Əfv Komissiyasına müraciət edəndə həbsdəki bütün jurnalistlərin azadlığa buraxılmasını xahiş etmişdi. Biz heç vaxt azadlığa çıxmasını istədiyimiz jurnalistlərin şəxsiyyətini müzakirə etmirik. Belə məsələ qoymuşuq ki, CM-nin 147 və 148-ci maddələri ilə həbs olunanlar azadlığa buraxılmalıdır. O da istisna deyil ki, bu görüşlər sırf əfv ərizəsində problemləri olan şəxslərlə keçirilib”.  

Previous Post

TƏŞKİLAT KOMİTƏSİ MİTİNQİN KEÇİRLMƏSİNDƏ İSRARLIDIR

Next Post

TELEKANALLARA NƏZARƏT GÜCLƏNDİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.