ATƏT AZƏRBAYCAN JURNALİSTLƏRİ ÜÇÜN XÜSUSİ GÖDƏKÇƏLƏR HAZIRLAYIB

Bu gün (03 sentyabr) ATƏT-in Bakı ofisi Azərbaycan jurnalistləri üçün hazırlanmış xüsusi gödəkçələrin təqdimatını keçirib.

ATƏT-in Bakı ofisindən RATI-yə daxil olan məlumata görə, bu gödəkçələr ictimai tədbirlər və nümayişlər zamanı jurnalistlərin fərqlənməsinə yardımçı olacaq.
Məlumatda bildirilir ki, gödəkçələr ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin maliyyə dəstəyi ilə hazırlanıb. Gödəkçələri isə jurnalistlərə Mətbuat Şurası paylayacaq.
“İctimai tədbirlər zamanı, xüsusilə də seçkiqabağı təbliğat dövründə, jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması çox vacibdir. Əminəm ki, bu gödəkcələr media mənsublarının təhlükəsizliyinə öz töfhəsini verəcək”. Bunu təqdimat mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero bildirib.
Səfir ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin də məsələ ilə bağlı fikirlərini diqqətə çatdırıb: “Polis icazə verilməmiş aksiyalar da daxil olmaqla, bütün növ nümayişlərin işıqlandırılmasında mətbuat nümayəndələrinə kömək etməlidir. Digər tərəfdən, jurnalistlər də özlərini zahirən fərqləndirməklə polisə yardımçı olmalıdır. Mətbuat üçün hazırlanmış gödəkcələr buna kömək edəcək.
Yeni gödəkçələrin təqdimatında daxili işlər nazirinin müavini Oruc Zalov da iştirak edib. O da ATƏT-in bu təşəbüsünü alqışlayıb və hesab edib ki, jurnalistlərə paylanacaq yeni açıq yaşıl rənglı və üç il bundan öncə paylanmış mavı rənglı gödəkçələr jurnalistlərin ixtişaş və ya aksiya iştirakçılarından fərqlənməsi üçün polisə kömək edəcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşov gödəkşələrin gələn həftə paylanacağını deyib. Onun sözlərinə görə üç il bundan öncə 350 ədəd gödəkçə hazırlanıbmış və onun 300-ü jurnalistlərə paylanıb, bu dəfə isə 200 ədəd gödəkçə hazırlanıb ki, həmin gödəkçələr də qısa müddətə redaksiyalara paylanacaq.
Previous Post

AQİL XƏLİLLƏ SERGEY STREKALİNİN APELLYASİYA MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Next Post

SABAH “GÜNDƏLİK BAKI” QƏZETİNİN BAŞ REDAKTORUNA HÖKM OXUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.