“Söz azadlığının və jurnalistlərin müdafiəsinə yardım fondu” İdarə Heyətinin məktubuna əsasən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu həbsdə olan jurnalistlərin ailə üzvləri üçün əlavə olaraq 9.000 ABŞ dolları məbləğində maliyyə yardımı ayırıb.
Fonddan “Turan”-a verilən məlumata görə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsinə 3000 ABŞ dolları (həyat yoldaşı Ayəndə Mürsəliyevanın müraciətinə əsasən), “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə 3000 ABŞ (atası Emin Fətullayevin müraciətinə əsasən), “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun ailəsinə 1000 ABŞ dolları (həyat yoldaşı Arzu Hüseynovanın müraciətinə əsasən), “AN” onlayn televiziyasının rəhbəri Emin Millinin (Abdullayev) ailəsinə 1000 ABŞ dolları (anası Natella Abdullayevanın müraciətinə əsasən), internetdə tanınmış videobloger Adnan Hacızadənin ailəsinə (atası Hikmət Hacızadənin müraciətinə əsasən) 1000 ABŞ dolları məbləğində maliyyə yardımı edilib.
Xatırladaq ki, prezidentin dekabrın 25-də imzaladığı əfv fərmanı ilə yuxarıda adları çəkilən jurnalistlərdən Müşfiq Hüseynov dekabrın 26-dan həbsdən azad edilib.
Xatırladaq ki, prezidentin dekabrın 25-də imzaladığı əfv fərmanı ilə yuxarıda adları çəkilən jurnalistlərdən Müşfiq Hüseynov dekabrın 26-dan həbsdən azad edilib.