OSMAN KAZIMOV VƏKİLLƏR KOLLEGİYASI ÜZVLÜYÜNDƏN ÇIXARILIB

Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də keçirdiyi iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurumun üzvlüyündən çıxarılması barədə qərar qəbul edilib.

 Rəyasət Heyəti Osman Kazımovun üzvlükdən çıxarılması barədə qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarıb.

Təqdimata əsasən vəkil və hüquqlarını müdafiə etdiyi şəxs işi aparan müstəntiqin təhrifə yol verdiyini əsas gətirərək protokolu imzalamayıblar. Müstəntiq isə bu halı müdafiə hüququnun pozuntusu kimi qiymətləndirərək, Osman Kazımovun cəzalandırılması üçün vəsatət qaldırıb. Baş Prokurorun birinci müavini Rüstəm Usubov bu haqda Vəkillər Kollegiyasına təqdimat yazıb. Rəyasət Heyyəti təqdimatı yekdilliklə qəbul edib. Rəyasət Heyətinin qəbul etdiyi qərar məhkəmə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Osman Kazımov isə “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, fəaliyyətində heç bir qanun pozuntusuna yol verməyib. Onun fikrincə, hər hansı qanunsuzluğa yol versəydi belə əvvəlcə iltizam tənbehlə – xəbərdarlıq, töhmət, fəaliyyətin dayandırılması ilə cəzalandırılmalı və ən sonda üzvlükdən çıxarılma barədə qərar qəbul edilməli idi.
Qeyd edək ki, Osman Kazımov 1990-cı ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilib.

 

Previous Post

İLKİN İZAHATI ALINANDA SAVALANLI FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

“YÜKSƏLİŞ NAMİNƏ” QƏZETİNİN MÜXBİRİ POLİSƏ ÇAĞIRILIB VƏ HƏDƏLƏNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.