NAXÇIVANDA KİÇİK SAHİBKAR ŞİKAYƏT ETDİYİ ÜÇÜN RUHİ XƏSTƏLİKLƏR DİSPONSERİNƏ YATIRILIB

Naxçıvan şəhər sakini, 55 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanov Sədərək gömrük-keçid  məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə mətbuata açıqlama verməsi və bununla bağlı yuxarı instansiyalara, dövlət qurumlarına şikayət etdiyi üçün 11 sentyabr 2009-cu il tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən “Ruhi Xəstəliklər Disponserinə” yatırılıb.

Bu məlumatı RATİ-nin Naxçıvandaki bölgə müxbirinə sahibkarın həyat yoldaşı Fəridə İsmayılova deyib.  Onun sözlərinə görə, Sentyabrın 11-də həyat yoldaşı Məhəmməd Qurbanov Daxili İşlər Nazirliyinə aparılıb və axşam isə onun özü telefonla zəng edərək polislər tərəfindən  zorla “Ruhi Xəstəliklər Disponserinə” yatırıldığını bildirdi. Həyat yoldaşı bildirir ki, Məhəmməd Qurbanov bu ilin fevral ayında Sədərək gömrük-keçid məntəqəsində gətirdiyi mala görə ondan əlavə qanunsuz ödəniş tələb edilməsi və 3000 AZN dəyərində ərzaq məhsulu müsadirə edildiyinə görə, Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovdan yuxarı instansiyalara, dövlət qurumlarına şikayət edib və mətbuata müsahibə verib.  
Ruhi Xəstəliklər Disponserində Məhəmməd Qurbanovun polislər tərəfindən oraya yatırıldığı təsdiqləsələr də, onunla görüşə icazə verilməyib. M.Qurbanov disponserin otaqlarından birindən pəncərədən barmaqlıqlar arasından qışqıraraq “Məni Daxili İşlər Nazirliyində möhkəm incitdilər. Mənə zorla sənədə imza atdırdılar ki, guya ki, disponserdə yatmağı özüm istəyirəm. Iki gün müddətində buradan çıxarmasalar intihar edəcəyəm”- deyə bildirib.
Məsələ ilə bağlı Naxçıvan MR-in DİN-dən isə müxbirimizin suallarını cavab verilməyib.

Previous Post

GƏNC BLOQÇULARIN VALİDEYNLƏRİNİN İDDİASI EYNİ İCRAATDA BİRLƏŞDİRİLİB

Next Post

AXCP Gənclər Təşkilatı Bakının Azad Olunduğu gün ilə bağlı tədbir keçirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.