RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN SAHİBKARIN HƏYATI TƏHLÜKƏDƏDİR

Sentyabrın 11-dən polis tərəfindən Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, 55 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanova 19 sentyabr 2009-cu il tarixdə dispanserdə şübhəli “iynə“ vurulub. Bu məlumatı RATİ-nin Naxçıvandakı bölgə müxbirinə sahibkarın həyat yoldaşı Fəridə İsmayılova verib.

“Adını çəkmək istəmədiyim şəxsin dediyinə görə 19 sentyabr tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin Qulu adlı əməkdaşı dispanserə gedib. Həkimlə, sonra isə həyat yoldaşımla danışıb. Bundan sonra ona hansısa iynə vurulub. İynədən sonra onun vəziyyətinin xarablaşdığını görən həkimin məsləhəti ilə ona ikinci dəfə iynə vurulub və o, özünə gəlib. Biz iynə vuraraq onun səhhətində problem yaradacaqlarından qorxuruq. Özü ilə  hələ də görüşə bilməmişik. Sentyabrın 21-də dispanserin pəncərəsindən qışqıraraq ona iynə vurulduğunu bizə deyə bildi”, – deyə F.İsmayılova vurğulayıb.
  Xatırladaq ki, Naxçıvan şəhər sakini, kiçik sahibkar, 55 yaşlı 2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid  məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə mətbuata açıqlama verməsi və bununla bağlı yuxarı instansiyalara, dövlət qurumlarına şikayət etdiyinə görə 11 sentyabr 2009-cu il tarixdə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən Ruhi Xəstəliklər Dispanserinə yatırılıb.

Previous Post

SƏYYARƏ HEYDƏROVANIN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.