HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Sentyabrın 21-də  Ayəndə Mürsəliyeva  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib. O, baş redaktorun saxlanma şəraitinin normal olduğunu, lakin ağrılardan şikayətləndiyini bildirdi.

A.Mürsəliyevanın sözlərinə görə, Q. Zahid cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması ilə bağlı məhkəməyə müraciətinin rədd olunmasına  münasibət bildirərək, məhkəmənin bu qərarını gözlədiyini və buna heç də təəccüb etmədiyini bildirib.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ YATIRILAN SAHİBKARIN HƏYATI TƏHLÜKƏDƏDİR

Next Post

BAŞ REDAKTORA HƏDƏ-QORXU GƏLİNİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.