AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ BAKIYA GƏLƏCƏK

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Cozef Qrex Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi barədə növbəti hesabat hazırlamaq üçün fevralın 7-12-də ölkəyə səfər edəcəklər.

“Turan”a müsahibəsində Herkel deyib ki, səfər zamanı həbs edilmiş bloggerlərin və jurnalistlərin məsələsinə, ümumilikdə söz və mətbuat azadlığı sahəsində vəziyyətə, parlament seçkilərinə hazırlıq məsələlərinə xüsusi diqqət yetiriləcək.
“Bloggerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi, habelə həbsdə olan jurnalist Eynulla Fətullayevə qarşı yeni ittiham jurnalistlərin cinayət təqibi probleminin qaldığına dəlalət edir” – deyə Herkel bildirib.

Previous Post

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU AVROPA KONVENSİYASININ MADDƏLƏRİNİ POZMUŞ HAKİMLƏRİN SİYAHISINI AÇIQLA

Next Post

PPEZİDENTİN ƏMİSİ JURNALİSTLƏRİN HƏBS OLUNMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.