PPEZİDENTİN ƏMİSİ JURNALİSTLƏRİN HƏBS OLUNMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Akademik Cəlal Əliyev “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

“Musavat.com” portalının məlumatına görə, məsələ ilə bağlı Nizami Rayon Məhkəməsindən qəzetin ünvanına bildiriş daxil olub.
C.Əliyevin A.Ayxanı və yazı müəllifi Qoşqar Bakılını məhkəməyə verməsinin səbəbi “Yeni Müsavat”ın bu il yanvarın 5-də işıq üzü görən sayında akademik barəsində dərc olunmuş materialdır. C.Əliyev “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci təhqir maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.
C.Əliyevin iddiası üzrə məhkəmə baxışı fevralın 1-nə təyin edilib.
Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
Previous Post

AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ BAKIYA GƏLƏCƏK

Next Post

PROKURORLUQ EYNULLA FƏTULLAYEVİN ŞİKAYƏTİNİ RƏDD EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.