AŞPA MONİTORİNQ QRUPUNUN HƏMMƏRUZƏÇİLƏRİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏBSİNİ QURAMA SAYIR

“Avropa Şurası digər beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, söz azadlığını müdafiə edən təşkilatlarla həmrəy olaraq bir daha bəyan edir ki,   jurnalistlərin cinayət təqibi əslində qurama xarakter daşıyır və əslində Azərbaycanda medianın sıxışdırılmasına yönəlib”.

Bu sözlər AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfərlərinin yekunlarına həsr edilmiş mətbuat konfransında Herkel tərəfindən səsləndirilib.     

    
“Biz Azərbaycanın siyasi rəhbərliyinə açıq şəkildə bəyan etdik ki, jurnalistlər şübhəli əsaslarla həbsxanada saxlanıldıqda bu ölkənin nüfuzuna daha çox zərbə vurur, nəinki onlar öz fikirlərini sərbəst şəkildə KİV-də ifadə edirlər”,  – deyə Herkel əlavə etdi.
    
Çıxışı zamanı Herkel eyni zamanda “Azadlıq” qəzetinin əməkdaşlarının həbslərə və təzyiqlərə məruz qaldığından, eyni zamanda  Eynulla Fətullayevin həbsindən sonra onun rəhbərlik etdiyi qəzetlərin bağlanmasından narahat olduqlarını vurğuladı.

    Jurnalistin prezidentlə görüş zamanı jurnalistlərin məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı sualı Herkel belə cavablandırıb: “Bəli, biz prezidentlə görüşümüz zamanı jurnalistlərlə bağlı məsələni müzakirə etdik, lakin bu müzakirənin təfərrüatlarını açıqlamaq istəməzdim”.
Herkelin sözlərinə görə, İlham Əliyev görüş zamanı Ermənistanda baş verən hadisələrdən sonra Avropa Şurasının Azərbaycanda nüfuzunun xeyli aşağı düşdüyünü qeyd edib. “Amma mən bu fikirlə razı deyiləm ki, Avropa Şurasının digər bir dövlətindəki vəziyyəti bəhanə gətirərək demokratiya standartlarını, o cümlədən söz və media azadlığı sahəsindəki standartları aşağı salmaq olar”, – deyə Herkel əlavə edib.

Qeyd edək ki, həmməruzəçilər dünəndən (18 may) etibarən Azərbaycanda QHT-lərin, media təşkilatlarının nümayəndələri və dövlət rəsmiləri ilə görüşlər keçiriblər. Səfərin yekunlarına dair hesabat hazırlanacaq.

Previous Post

MÜSTƏNTİQ MATERİALLARI TƏQDİM ETMƏDİYİNDƏN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

PACE CO-RAPPORTEURS COMMENT ON IMPRISONED JOURNALISTS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.